Britaniya bankları avtomobil krediti ilə bağlı qanun pozuntularına görə müştərilərə təzminat ödəyəcəklər

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 23:47
Britaniya bankları avtomobil krediti ilə bağlı qanun pozuntularına görə müştərilərə təzminat ödəyəcəklər

Böyük Britaniya bankları avtomobil krediti sənayesindəki pozuntulara görə müştərilərə 8,2 milyard funt sterlinq (11 milyard dollar) təzminat ödəməli olacaqlar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə maliyyə bazarlarında davranış normalarına riayət olunmasına nəzarət idarəsi ("Financial Conduct Authority", FCA) məlumat yayıb.

Məlumata görə, kompensasiya proqramının işə salınması və həyata keçirilməsi maliyyə qurumlarına təxminən 2,8 milyard funt-sterlinqə başa gələcək və onların ümumi xərclərini 11 milyard funt-sterlinqə çatdıracaq. Daha əvvəl tənzimləyici bu məbləği 9-18 milyard funt sterlinq səviyyəsində qiymətləndirirdi.

Cari ilin avqustunda Böyük Britaniya Ali Məhkəməsi qərar verib ki, banklar müştərilərə yalnız haqsız kreditlərin verilməsi ilə bağlı ən ciddi hallarda kompensasiya ödəməli olacaqlar.

Söhbət bankların avtomobil satıcılarına ödədiyi komisiya haqlarından gedirdi. FCA 2021-ci ildə bu ödənişləri qadağan etdi və 2024-cü ildə keçmiş müqavilələrə yenidən baxmağa başladı.

FCA istehlakçıların orta hesabla 700 funt sterlinq kompensasiya alacağını gözləyir. Əvvəllər bu məbləğin 950 funt sterlinq olacağı proqnozlaşdırılırdı.

Son xəbərlər

Bütün Xəbər Lenti