BRİKS bankı daşqınlardan zərər çəkmiş Braziliyaya 495 milyon dollar ayıracaq

Digər ölkələr
  • 05 iyun, 2024
  • 02:18
BRİKS bankı daşqınlardan zərər çəkmiş Braziliyaya 495 milyon dollar ayıracaq

BRİKS ölkələri tərəfindən yaradılmış Yeni İnkişaf Bankı Braziliyanın daşqınlardan zərər çəkmiş Riu-Qrandi-du-Sul əyalətinin bərpası üçün 495 milyon dollar ayıracaq.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə cənubi Amerika ölkəsinin hökuməti xəbər yayıb.

“Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin və Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff Riu-Qrandi-du-Sul-a dəstək haqqında saziş imzalayıblar ki, bu da bankın dövlətin yenidən qurulması üçün 495 milyon dollar öhdəliyini təsdiqləyir”, - məlumatda bildirilir.

Hökumətin məlumatına görə, 200 milyon dollar infrastruktur obyektlərinə, qalan 295 milyon dollar isə Riu-Qrandi-du-Sulun digər ehtiyaclarına xərclənəcək. Dövlət orqanları Braziliyanın üç dövlət bankından daha 620 milyon dollar alacaq.

44 - Tezliklə