Braziliyada koronavirusdan ölənlərin sayı 3 minə yaxınlaşır

Digər ölkələr
  • 22 aprel, 2020
  • 23:07
Braziliyada koronavirusdan ölənlərin sayı 3 minə yaxınlaşır

Braziliyada son bir gün ərzində COVID-19-dan ölənlərin sayı daha 165 nəfər artıb.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 2 906 nəfərə çatıb.

Son məlumatlara görə, ölkədə koronavirusa bir günlük yoluxma 2 678 təşkil edib. Koronavirusa ümumilikdə 45 757yoluxma təsdiqlənib.