Braziliya prezidentinin fəaliyyətində qanun pozuntusu aşkarlanıb

Digər ölkələr
  • 08 oktyabr, 2015
  • 02:14
Braziliya prezidentinin fəaliyyətində qanun pozuntusu aşkarlanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Braziliyanın Hesablama Palatası ölkə prezidenti Dilma Rusefin fəaliyyətində qanun pozuntusu aşkarlayıb.

“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, parlamentə müraciət ünvanlayan Hesablama Palatasının rəhbərliyi bəyan edib ki, dövlət başçısı ölkənin maliyyə problemlərini ictimaiyyətdən gizlətmək üçün büdcə göstəriciləri ilə “manipulasiya” edib.

Deputatlar Hesablama Palatasının rəyini təsdiqləsə, Dilma Rusef barəsində impiçment qərarı gündəmə gələ bilər.