Braziliya ABŞ-ı BMT-nin demokratiyaya dair konfransına dəvət etməyib

Digər ölkələr
  • 21 sentyabr, 2025
  • 04:51
Braziliya ABŞ-ı BMT-nin demokratiyaya dair konfransına dəvət etməyib

Braziliya rəhbərliyi Amerika Birləşmiş Ştatların BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İspaniya ilə demokratiyaya dair birgə konfransına dəvət etməyib

"Report"un məlumatına görə, bu barədə "CNN Brasil" məlumat yayıb.

Rəsmi Braziliya bu addımı Donald Tramp administrasiyasının Braziliyada demokratiya və seçkiləri şübhə altına alması ilə izah edib.

Konfransa dəvətlər digərləri ilə yanaşı, Kolumbiya, Meksika, Çili, Keniya, Almaniya, Fransa və Kanadaya da göndərilib. BMT-nin baş katibi Antonio Quterreşin konfransda iştirakı gözlənilir.

Qeyd edək ki, ikinci ildir ki, Cənubi Amerika respublikasının hakimiyyət orqanları İspaniya ilə birlikdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində "Demokratiyanın müdafiəsində və ekstremizmə qarşı" forumunu təşkil edir.

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ümumi siyasət müzakirələri sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti