BP Trampın tənqidindən sonra ABŞ-də dəniz külək elektrik stansiyası layihəsindən imtina edib

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 01:27
BP Trampın tənqidindən sonra ABŞ-də dəniz külək elektrik stansiyası layihəsindən imtina edib

Britaniyanın BP şirkəti Ağ Evin rəhbəri Donald Trampın bərpa olunan enerji mənbələrinə sürətli keçidi tənqid etməsindən sonra ABŞ-də dəniz külək elektrik stansiyası olan "Beacon Wind" layihəsini reallaşdırmaqdan imtina edib.

"Report"un "The Daily Telegraph" qəzetinə istinadən məlumatına görə, bu barədə enerji şirkətinin nümayəndəsi açıqlama verib.

"ABŞ dəniz külək enerjisi üçün uzunmüddətli əhəmiyyətli potensiala malik bir bazardır və bizim fikrimizcə, bu sahə ölkənin enerji keçidində əsas rol oynaya bilər. Təəssüf ki, mövcud şəraitdə "Beacon Wind" layihəsinin reallaşdırılması üçün imkan görmürük. Bu bazara investisiya qoymağa davam edə bilməyəcəyimiz qənaətinə gəldik", – deyə o bildirib.

"Beacon Wind" layihəsinin Massaçusets ştatındakı "Cape Cod" yarımadası ilə Nyu-York ştatındakı "Long Island" adası arasında yerləşən federal sularda həyata keçirilməsi planlaşdırılırdı və layihə ABŞ-nin şimal-şərqində 1 milyon evin elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tuturdu. BP bu layihəni Yaponiyanın enerji şirkəti JERA ilə birlikdə reallaşdırmağı planlaşdırırdı.

Son xəbərlər

Bütün Xəbər Lenti