Böyük Britaniya Yəmənə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib
- 19 noyabr, 2018
- 16:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 noyabr. REPORT.AZ/ Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına Yəmənə dair qətnamə layihəsini təqdim edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderlandın BMT-də daimi nümayəndəsi Karl Van Osterom jurnalistlərə bildirib.
Daha əvvəl Yəmən hökuməti bu ölkədə daxili münaqişənin həll olunması üçün keçiriləcək danışıqlarda iştirak etməyə razılıq vermiş, eyni zamanda BMT-nin xüsusi elçisi Martin Griffitsi danışıqlara qeyd-şərtsiz qoşulmaları üçün husi qiyamçılarına təzyiq göstərməyə çağırmışdı.
Xatırladaq ki, Yəməndə hökumətlə husi qəbiləsinin təmsil olunduğu “Ənsarullah” şiə hərəkatı arasında daxil münaqişə 2014-cü ildən davam edir. 2015-ci il mart ayından hökumət tərəfində bu münaqişədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası da iştirak edir.