Böyük Britaniya Ukraynaya dəstək üçün 10 milyard funt ayıracaq
- 02 noyabr, 2026
- 16:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya 10 milyard funt-sterlinq həcmindəki yardım paketi çərçivəsində Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməyə davam edəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Avropa İttifaqı və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə dialoqun keçirildiyi Brüsseldə bildirib.
"Ötən həftə maliyyə naziri Con Hili Ukraynaya dəstək üçün 10 milyard funt sterlinq, bu qış yardım üçün isə əlavə 500 milyon funt sterlinq ayırıb", - o deyib.
Nazirin sözlərinə görə, Böyük Britaniya və Almaniya, həm də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (UDCG) qarşıdakı iclası ərəfəsində müttəfiqləri səfərbər edirlər. Stritinq bu quruma almaniyalı həmkarı Boris Pistoriusla birgə həmsədrlik edir.
O, həmçinin qeyd edib ki, Ukraynanın şəhərlərinin Rusiya tərəfindən davamlı atəşə tutulmasına baxmayaraq, cəbhə xətti demək olar ki, dəyişməyib və Rusiya əhəmiyyətli itkilər verir.
Stritinq vurğulayıb ki, müttəfiqlər qarşıdan gələn qış dövründə Kiyevə dəstəyi gücləndirməli və Ukraynaya yardımı davam etdirmək əzmini Moskvaya nümayiş etdirməlidirlər.
"Kremlin bu siqnalı eşitməsi, Putinin isə Ukraynanın müttəfiqlərinin ona nə qədər lazımdırsa, bir o qədər dəstək vermək niyyətində olduğunu anlaması vacibdir", - nazir bildirib.