Sabah Britaniya, Almaniya və Fransa XİN başçıları İranla danışıqlar aparacaqlar

Digər ölkələr
  • 19 iyun, 2025
  • 12:57
Sabah Britaniya, Almaniya və Fransa XİN başçıları İranla danışıqlar aparacaqlar

Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri (XİN) iyunun 20-də Cenevrədə İran XİN başçısı Abbas Əraqçi ilə danışıqlar aparacaqlar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi diplomatlara istinadən məlumat yayıb.

Görüşdə həmçinin Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da iştirak edəcək.

44 - Tezliklə