Bolsonaru 27 illik həbs cəzasını çəkməyə başlayıb

Digər ölkələr
  • 26 noyabr, 2025
  • 01:22
Bolsonaru 27 illik həbs cəzasını çəkməyə başlayıb

Braziliyanın sabiq prezidenti Jair Bolsonaru dövlət çevrilişinə cəhdə görə 27 ildən çox həbs cəzasına məhkum edildikdən sonra federal polisin istintaq təcridxanasında cəzasını çəkməyə başlayıb.

"Report"un məlumatına görə, bu barədə Braziliya Ali Federal Məhkəməsinin üzvü Aleşandri di Moraes məhkəmə iclasının yekununda bildirib. İclas instansiyanın "YouTube" kanalında yayımlanıb.

"Mən Jair Messias Bolsonarunun 24 il 9 ay həbs və 2 il 6 ay məhkəməyəqədər həbs cəzası da daxil olmaqla, 27 il 3 aylıq cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkməyə başlamasına qərar verdim", - deyə hakim bəyan edib.

Bununla yanaşı, məhkəmə sabiq prezidentin işi üzrə bundan sonrakı apellyasiyaların qəbul edilməyəcəyini qərara alıb. Bolsonaru 22 noyabrda ayağındakı elektron izləmə qolbağını çıxarmağa cəhd etdikdən sonra həbs olunmuşdu.

Son xəbərlər

Bütün Xəbər Lenti