Bolqarıstanda ukraynalı sərnişinləri daşıyan avtobus qəzaya uğrayıb: ölənlər və yaralananlar var

Digər ölkələr
  • 22 aprel, 2026
  • 14:59
Bolqarıstanda ukraynalı sərnişinləri daşıyan avtobus qəzaya uğrayıb: ölənlər və yaralananlar var

Bolqarıstan-Türkiyə sərhədi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib: iki nəfər ölüb, azı 16 nəfər yaralanıb.

Bu barədə "Report" "Novinite"yə istinadən xəbər verir.

Məlumata görə, qəza Burqas - Malko-Tırnovo yolunda, Türkiyəyə gedən istiqamətdəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, içərisində 37 sərnişin və iki sürücünün olduğu (hamısı Ukrayna vətəndaşlarıdır) avtobus yanacağı bitdikdən sonra dayanıb. Sərnişinlər düşərək avtobusun arxasına toplaşdıqları zaman, o, qəfildən geriyə doğru hərəkət etməyə başlayıb. Nəqliyyat vasitəsi bir qrup insanın arasına girib, daha sonra isə xəndəyə aşıb.

Avtobus sürücüsü polis tərəfindən saxlanılıb. Yol-nəqliyyat hadisəsinin başvermə şəraiti müəyyənləşdirilir, araşdırma aparılır.

44 filmi