Bolqarıstanda qaçqın düşərgələrinin ləğv olunması tələbi ilə aksiya keçirilib

Digər ölkələr
  • 19 noyabr, 2016
  • 22:23
Bolqarıstanda qaçqın düşərgələrinin ləğv olunması tələbi ilə aksiya keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Yüzlərlə bolqar paytaxt Sofiyada qanunsuz miqrantlara qarşı aksiyada iştirak ediblər. Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

“Biz Bolqarıstanda miqrantları görmək istəmirik, biz istəyirik ki, ölkəmizə alicənab insanlar gəlsinlər”, - aksiya iştirakçıları bildirib.

Etirazçılar ölkəyə miqrant axınının qarşısının alınması tələbini irəli sürüblər. Onlar qaçqınların yerləşdiyi düşərgələri bağlamaq və qeyri-leqal gələnlərin ölkədən çıxarılmasını tələb ediblər.