​Bolqarıstan baş nazirinin təyyarəsi qəzalı eniş edib

Digər ölkələr
  • 11 fevral, 2015
  • 22:44
​Bolqarıstan baş nazirinin təyyarəsi qəzalı eniş edib

Bakı. 12 fevral. REPORT.AZ/ Bolqarıstanın baş naziri Boyko Borisovun göyərtəsində olduğu hökumət təyyarəsi Sofiya hava limanına qəzalı eniş edib.

"Report" BGNES agentliyinə istinadən xəbər verir ki, təyyarə şassisində problem səbəbindən bir saata yaxın aeroport üzərində dövr edib.

Məlumatda qeyd olunur ki, baş nazir Avropa Şurasının cümə axşamı Brüsseldə keçiriləcək iclasında iştirak etməlidir.

44 - Tezliklə