Bolqar jurnalistin qətlində şübhəli bilinən şəxs ömürlük həbs cəzası ala bilər

Digər ölkələr
  • 10 oktyabr, 2018
  • 08:52
Bolqar jurnalistin qətlində şübhəli bilinən şəxs ömürlük həbs cəzası ala bilər

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bolqarıstanlı qadın jurnalist Viktoriya Marinovanın qətlə yetirilməsində şübhəli bilinən Severin Krasimirova qiyabi olaraq iki ittiham irəli sürülüb və buna görə ona ömürlük azadlıqdan məhrumetmə cəzasına qədər hökm oxuna bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mətbuat konfransında Bolqarıstanın Baş prokuroru Satir Tsatsarov bildirib.

"Severin Krasimirova qiyabi olaraq iki ittiham irəli sürülüb. Birincisi, zorlama maddəsi ilə bağlıdır, buna görə o, 10 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər, ikinici isə xüsusi amansızlıaq törədilmiş qəsdən adam öldürmə maddəsidir, buna görə də 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutulub", - S.Tsatsarov vurğulayıb.

Qeyd edək ki, bolqar jurnalistinin öldürülməsinə şübhəli bilinən ikinci şəxs dünən Almaniyada saxlanılıb.