Boliviyada iki avtobus toqquşub, onlarla insan ölüb

Digər ölkələr
  • 01 mart, 2025
  • 23:31
Boliviyada iki avtobus toqquşub, onlarla insan ölüb

Boliviyanın cənubunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 37 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli "El Pais" qəzeti polisə istinadən məlumat yayıb.

Uyuni şəhərinin sərhəd polisinin komandiri Uilson Flores bildirib ki, 30-a yaxın yaralı var, onların sağlamlıq durumu hələlik məlum deyil.

"El País"in məlumatına görə, avtobuslardan biri Uyunidən məşhur karnavalın keçirildiyi Oruro şəhərinə gedirmiş.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

44 - Tezliklə