Boliviyada avtobus yük maşını ilə toqquşub, 30-dan çox ölən və yaralanan var

Digər ölkələr
  • 04 yanvar, 2018
  • 03:25
Boliviyada avtobus yük maşını ilə toqquşub, 30-dan çox ölən və yaralanan var

Bakı. 4 yanvar. REPORT.AZ/ Boliviyanın Koçabamba-Santa-Krus yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə Çapare əyalətinin polis rəisi İvan Tapiaya istinadən yerli KİV məlumat yayıb.

Qəza nəticəsində 6 nəfər həyatını itirib, daha 30-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobus ev quşları daşıyan yük maşını ilə toqquşub.

44 - Tezliklə