BMT TŞ Yəmən üzrə missiyanın mandatını sonuncu dəfə uzadıb

Digər ölkələr
  • 28 yanvar, 2026
  • 03:14
BMT TŞ Yəmən üzrə missiyanın mandatını sonuncu dəfə uzadıb

BMT Təhlükəsizlik Şurası Yəmənin Hudeydə şəhərində atəşkəsə dəstək üzrə BMT-nin xüsusi missiyasının (UNMHA) mandatını sonuncu dəfə uzadıb.

"Report" Türkiyənin "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın daimi nümayəndəliyinin hazırladığı qətnamə 13 səslə qəbul edilib, Rusiya və Çin isə səsvermədə bitərəf qalıb.

Qətnamənin qəbulu missiyanın mandatını martın 31-nə qədər uzadır.

Sənəddə missiyanın fəaliyyətinin səmərəli, effektiv və təhlükəsiz şəkildə başa çatdırılması, habelə qalan hər hansı funksiyanın BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsinin ofisinə təhvil verilməsinin planlaşdırılması və hazırlanması çağırışı yer alıb.

Missiyanı pandemiyadan əvvəl - 2019-cu ildə Yəmən hökuməti ilə husi üsyançıları arasında bir il əvvəl İsveçin Stokholm şəhərində imzalanmış sazişin icrasına dəstək məqsədilə Təhlükəsizlik Şurası yaradıb.

Son xəbərlər

Bütün Xəbər Lenti