BMT Təhlükəsizlik Şurasında islahatlara dair qətnamə layihəsi təqdim olunacaq

Digər ölkələr
  • 30 iyul, 2019
  • 11:44
BMT Təhlükəsizlik Şurasında islahatlara dair qətnamə layihəsi təqdim olunacaq

BMT Təhlükəsizlik Şurasında aparılan islahatların surətləndirilməsi üçün hazırlanan qətnamə layihəsi bu ilin sentyabr ayında keçiriləcək Baş Assambleyanın sessiyasında təqdim olunacaq.

“Report” xəbər verir ki, bu barədə ötənil baş tutan 73-cü sessiyanın sədri Maria Fernanda Espinosa Qarçes “Valdai” beynəlxalq müzakirələr klubunda bildirib.

“BMT Təhlükəsizlik Şurasının islahatı üçün bundan sonra da işlər görməliyik. Bu il Təhlükəsizlik Şurasının islahatı məsələsində gərginliyi azaltmağa, əməkdaşlığı gücləndirməyə kömək edəcək qətnaməni keçirə biləcəyik”, - diplomat vurğulayıb.

Qeyd edək ki, BMT TŞ-nin islahatına dair danışıqlar bir neçə ildir davam etsə də, nəticəsiz qalır.