BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnaməni qəbul edib

Digər ölkələr
  • 11 sentyabr, 2017
  • 22:28
BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnaməni qəbul edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib. Bu, Pxenyanın idxal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 2375 saylı müvafiq qətnamə Nyu-York vaxtı ilə bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə) yekdilliklə qəbul edilib.

Sənədə əsasən, Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq. Həmçinin KXDR-yə xam neft tədarükünün limiti də müəyyən edilib – həcmlər ötən 12 ayın göstəricilərini üstələməməlidir. Şimali Koreya, o cümlədən kondensat və qazkondensat maye ala, həmçinin toxuculuq məhsulları sata bilməyəcək.

44 filmi