BMT suriyalı qaçqınlar üçün vəsait ayıracaq

Digər ölkələr
  • 11 dekabr, 2018
  • 11:23
BMT suriyalı qaçqınlar üçün vəsait ayıracaq

Bakı. 11 dekabr. REPORT.AZ/ BMT-nin "2019-2020-ci illər üçün Türkiyə, İraq, İordaniya, Livan və Misirdəki suriyalı qaçqınlara yardıma dair məhəlli planı" 5,5 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilir ki, qeyd olunan ölkələrdə cəmi 5,6 milyon suriyalı qaçqın qeydiyyatdadır və onların arasında 1 milyonadək körpə var.

Adı çəkilən plan suriyalı qaçqınları qəbul edən və sayı 3,9 milyon nəfər olan yerli icmalara da yardım ayırmağı nəzərdə tutur.