BMT sülhməramlıların sayını azaltmaq niyyətindədir

Digər ölkələr
  • 09 oktyabr, 2025
  • 05:51
BMT sülhməramlıların sayını azaltmaq niyyətindədir

BMT maliyyə problemlərinə görə sülhməramlı heyətinin təxminən 25%-ni ixtisar etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə BMT-nin yüksək rütbəli rəsmisi bildirib.

Onun sözlərinə görə, bütün dünyada sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 25% azalacaq. Kifayət qədər maliyyə olmadığına görə BMT bəyan edib ki, təxmini hesablamalara görə, sülhməramlıların təxminən 13-14 min personalı ixtisar olunacaq.

Rəsmi həmçinin qeyd edib ki, ödənişlərin gecikdirilməsi və bəzi dövlətlər tərəfindən ödəniş edilməməsi sülhməramlı missiyaların öz fəaliyyətlərini həyata keçirmək imkanlarına "birbaşa zərbə vurur".

BMT bir neçə ölkənin, o cümlədən ən böyük donor olan ABŞ-nin büdcə ödənişlərini ödəməməsi səbəbindən büdcə kəsiri ilə üzləşib.

Son xəbərlər

Bütün Xəbər Lenti