BMT rəsmisi: “Ukrayna taxılının ixracı ilə bağlı prosedurlar praktiki olaraq razılaşdırılıb”

Digər ölkələr
  • 01 avqust, 2022
  • 19:45
BMT rəsmisi: “Ukrayna taxılının ixracı ilə bağlı prosedurlar praktiki olaraq razılaşdırılıb”

Ukraynadan taxıl ixracı mexanizminin işləməsi üçün prosedurlar praktiki olaraq razılaşdırılıb.

"Report” xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Prosedurlar praktiki olaraq razılaşdırılıb və bir neçə gündən sonra dərc olunacaqlar”- deyə, o bildirib.

O, əlavə edib ki, Qara dənizlə bağlı sazişlər çərçivəsində taxıl daşıyan gəmilərin yola salınması ilə bağlı qərarlar Odessa limanı tərəfindən qəbul edilir, bu qərarlara uyğun olaraq yeni gəmilər gedəcək.