BMT rəsmisi: Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir

Digər ölkələr
  • 21 may, 2026
  • 13:44
BMT rəsmisi: Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir

Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Evlərimiz, gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı" adlı panel müzakirəsində videomüraciətində deyib.

Onun sözlərinə görə, bəzən uşaq və gənclərin ev şəraiti, yaşadıqları ərazilərdəki durum qeyri-müəyyəndir:

"Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir, qeyri-rəsmi məskunlaşma ərazilərində yaşayır və iqlim dəyişikliklərinin təsirlərinə məruz qalır".

BMT rəsmisi bildirib ki, gənclərin keyfiyyətli təhsilə çıxış, iş imkanları varsa, həmin şəhərlər dayanıqlıdır:

"Dünyanın hər bir ölkəsində gənclər bir araya gəlir, yaradıcı, innovativ həllər təklif edirlər. Lakin real güc qərarlardan, güclü institutlardan və düzgün idarəetmədən gəlir. Gəncləri yalnız benefisiar kimi deyil, eyni zamanda, prosesin iştirakçısı kimi cəlb edin. Çünki biz gənclərlə birgə onların ehtiyaclarına uyğun infrastruktura malik şəhərlər quracağıq. Biz onlarla etimad qurmalıyıq, ortaq gələcəyi birlikdə formalaşdırmalıyıq. Gəlin, birgə təkcə yaşanılabilən deyil, həm də gənclərə və hamımıza aid olan şəhərlər quraq".

44 filmi