BMT: Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır
- 03 iyun, 2015
- 17:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 İyun. REPORT.AZ/ BMT Baş Məclisinin Qərbi Afrikada Ebolaya reaksiya verilməsi sahəsində təşkilatın fəaliyyətinin icmalına həsr olunmuş qeyri-rəsmi iclası keçirilib. "Report" xəbər verir ki, iclasda BMT Baş Məclisi nümayəndələrinin müzakirəsinə məruzə təqdim olunub.
Məruzədə bildirilir ki, son vaxtlar Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır. Mart ayında həftə ərzində orta hesabla 110 yeni yoluxma hadisəsi qeydə alınmışdısa, aprelin sonunda bu göstərici təqribən 10-na enib. Aprel ayında Liberiyada bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.
Məruzədə, həmçinin qeyd edilir ki, 2015-ci ilin may ayına olan məlumata görə, təqribən 26 700 təsdiq edilmiş, ehtimal olunan və güman edilən Ebolaya tutulma halı qeydə alınıb. 11 mindən çox xəstəliyə yoluxma hadisəsi ölümlə nəticələnib.