BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

Digər ölkələr
  • 20 yanvar, 2026
  • 20:02
BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

ABŞ-nin tarif məhdudiyyətləri tam qüvvəyə mindikdən sonra 2026-cı ildə qlobal ticarətdə artım 2,2 %-ə qədər yavaşlaya bilər.

"Report" TASS-a ıstinadən məlumatına görə, bu məlumatlar BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və perspektivləri 2026" hesabatında yer alır.

Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə qlobal ticarət davamlı olaraq qalıb, ticarət siyasətindəki qeyri-müəyyənliyin artmasına və ABŞ-nin daha yüksək tariflərinə baxmayaraq, həcminin 3,8 % artdığı təxmin edilir. 2026-cı ildə dinamikanın zəifləməsi gözlənilir: hesablamalara görə, tədarükün sürətləndirilməsi effekti azaldıqdan və tarif məhdudiyyətləri tam qüvvəyə mindikdən sonra qlobal ticarətin artımı 2,2 %-ə qədər yavaşlayacaq.

BMT ekspertləri qeyd ediblər ki, 2025-ci ildə artım yeni tariflərin tətbiqi gözlənildiyi üçün sürətlənmiş daşınmalarla yanaşı, xidmət ticarətinin, xüsusən turizm, rəqəmsal xidmətlər və peşəkar xidmətlər sahəsində davamlı dinamik genişlənməsi ilə dəstəklənən güclü mal ticarəti ilə dəstəklənib.

"Tariflər və digər proteksionist tədbirlər beynəlxalq ticarət mühitini pozsa və qeyri-müəyyənliyi artırsa da, qlobal inteqrasiya dərin olaraq qalır; mal və xidmət ticarəti hələ də qlobal ÜDM-in 50 %-dən çoxunu təşkil edir", - BMT mütəxəsissləri qeyd edib.

Hesabata görə, qısamüddətli dəyişkənlik fonunda struktur dəyişiklikləri qlobal ticarəti yenidən formalaşdırır. Şirkətlər təchizat zəncirlərini şaxələndirir, istehsalı başqa yerə köçürür, "Cənub-Cənub" ticarət əlaqələrini genişləndirir, sürətli rəqəmsallaşma və texnoloji innovasiya isə rəqəmsal texnologiyalardan istifadə edərək, göstərilən xidmətlərin artımına təkan verir.

Ümumilikdə, hesabatın müəllifləri dəyişiklikləri qlobal ticarətin tədricən transformasiyası ilə əlaqələndirirlər.

"Söhbət təkcə parçalanmadan getmir. Perspektivə rəqabət aparan amillər təsir etməyə davam edir: vəziyyət ticarət gərginliyinin yenidən artması səbəbindən pisləşə bilər, lakin ticarət çəkişmələrinin yumşaldılması və ticarət və investisiya axınlarını gücləndirə biləcək regional inteqrasiya təşəbbüslərinin gücləndirilməsi sayəsində də yaxşılaşa bilər", - BMT ekspertləri əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti