BMT Qəzzada xəstəxanaya hücumla bağlı araşdırma aparacaq

Digər ölkələr
  • 18 oktyabr, 2023
  • 19:48
BMT Qəzzada xəstəxanaya hücumla bağlı araşdırma aparacaq

BMT Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq.

"Report"un məlumatına görə, bunu CNN-ə açıqlamasında Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş katibinin müavini Martin Qriffits deyib.

"BMT şübhəsiz ki, öz təhqiqatını aparacaq. Və bu, çox tez aparılmalıdır", - M.Qriffits bildirib.

Səfir, həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə qarşı hava hücumlarını qadağan edir.