BMT-nin Təhlükəsizlik Şurası Hələbdən əhalinin təxliyyə prosesinə dair qətnamə qəbul edib

Digər ölkələr
  • 19 dekabr, 2016
  • 14:54
BMT-nin Təhlükəsizlik Şurası Hələbdən əhalinin təxliyyə prosesinə dair qətnamə qəbul edib

Bakı. 19 dekabr. REPORT.AZ/ BMT-nin Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərinin dinc sakinlərinin təxliyyəsinin beynəlxalq monitorinqinin aparılmasına dair qətnamə qəbul edib.

"Report"un verdiyi xəbərə görə, 2328 nömrəli qətnamə bu gün Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Qərarda həmçinin əhaliyə təxirəsalinmaz humanitar yardımın göstərilməsinin vacibliyi qeyd edilir.