BMT-nin qərargahında ilk koronavirusa yoluxma qeydə alındı

Digər ölkələr
  • 13 mart, 2020
  • 04:34
BMT-nin qərargahında ilk koronavirusa yoluxma qeydə alındı

Filippinin BMT yanında daimi nümayəndəliyinin əməkdaşlarından biri koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq diplomatik missiya bağlanıb, onun bütün əməkdaşları evdə qalacaqlar.

Bu, BMT yanında diplomatik missiyada və ya Nyu-Yorkdakı katiblikdə xəstəliyin ilk aşkar edilməsidir.

"Şəffaflığın və ümumi təhlükəsizliyin xeyrinə bildirmək istəyirəm ki, Filippinin daimi nümayəndəliyindəki həmkarımız COVID-19 testinin müsbət nəticəsini aldı", - deyə bildirilir.

Qeyd edilir ki, həmin şəxs sonuncu dəfə bazar ertəsi, martın 9-da 30 dəqiqə ərzində BMT-də olub. Lakin həmin vaxt onda xəstəliyin əlamətləri olmayıb. Diplomat günün birinci yarısında, BMT Baş Assambleyasının Qadınların vəziyyəti üzrə Komissiyasının iclası daxil olmaqla, bir sıra tədbirlər keçirilərkən beynəlxalq təşkilatın binasında olub. 

44 - Tezliklə