BMT-nin önündə “HƏMAS”ın girov götürdüyü mülkü şəxslərin məlumatları yerləşdirilib
- 31 oktyabr, 2023
- 01:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Radikal “HƏMAS” hərəkatının İsrailə hücumu zamanı əsir götürülən yerli sakinlərin fotoları və onlarla bağlı məlumatların qeyd olunduğu lövhələr Nyu-York küçələrinə və BMT-nin mənzil qərargahının önündəki divarlara vurulub.
“Report”un ABŞ bürosu xəbər verir ki, məlumatlarda qeyd olunub ki, 7 oktyabrda 200-dən çox günahsız israilli mülkü şəxs “HƏMAS” yaraqlıları tərəfindən girov götürülərək Qəzza zolağına aparılıb.
Əsirlərin arasında 3 aylıq uşaq və 85 yaşında ahıl şəxs də var. Lövhələrdə əsir götürülən insanların fotoları, məlumatları və “Evimizə dönməyə kömək edin” yazıları yer alıb. Lövhələrdə məlumatların mobil telefon vasitəsi ilə oxunan QR kodlara da yerləşdirilib.
Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib.