BMT-nin İqlim Konfransı öz işinə başlayıb

Digər ölkələr
  • 06 noyabr, 2022
  • 10:36
BMT-nin İqlim Konfransı öz işinə başlayıb

Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi başlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, iclas zamanı BMT Konfransına sədrlik əvvəlki sammitin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil veriləcək.

Sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edəcək.

Tədbir noyabrın 18-dək davam edəcək. 7 və 8 noyabrda dövlət və hökumət başçıları müraciətlər edəcəklər. Müraciətlər ölkələrin ekologiya, resursların qorunması, ərzaq təhlükəsizliyi, təbii fəlakətlərdən qorunma, yaşıl enerji, ən yoxsul ölkələrə maliyyə dəstəyi ilə bağlı mövqeyini əks etdirir.