BMT baş katibi: "Yəmən od içində yanır"
Digər ölkələr
- 15 iyun, 2015
- 11:49
Bakı. 15 iyun. REPORT.AZ/ "Bu gün Yəmənin mövcudluğu tarazlığın qorunmasından asılıdır. Tərəflər bir-biri ilə mübahisə edir, ölkə isə od içində yanır".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT baş katibi Pan Gi Mun Yəməndəki böhranla bağlı İsveçrənin Cenevrə şəhərində keçirilən toplantıdakı çıxışında bildirib.
O, münaqişə edən tərəfləri iki həftəliyə atəşi kəsməyə çağırıb.
Yəməndəki qiyamçı husilərin nümayəndəsi hələ ki, Cenevrəyə getməyib. Yaxın saatlarda onların da tədbirə qatılacağı gözlənilir.
Qeyd edək ki, Yəməndəki böhranla bağlı məsləhətləşmə toplantısı iyunun 15-də başlayıb, iyunun 16-dək davam edəcək.
Son xəbərlər
21:02
Berlində texnoparaddan sonra 50 nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr20:55
Azərbaycan Premyer Liqasında daha bir qarşılaşma baş tutub
Futbol20:31
Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə edib
Digər ölkələr20:12
Foto
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Fərdi20:10
"Sabah" və "Qarabağ"ın Premyer Liqanın II turundakı oyunları təxirə salınıb
Futbol19:57
Fransada hərbçilər meşə yanğınlarına qarşı genişmiqyaslı mübarizəyə qoşulub
Digər ölkələr19:35
Foto
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
Fərdi19:29
Husilər Moha və Marib şəhərlərinə zərbələr endiriblər, ölən və yaralananlar var
Digər ölkələr19:17