BMT-nin Baş katibi: Yaxın Şərqdəki münaqişə genişlənə bilər
Digər ölkələr
- 21 iyun, 2024
- 22:00
“Yaxın Şərqdəki münaqişə İsraillə Livandakı radikal Hizbullah təşkilatı arasında gərginliyin artması fonunda genişlənə bilər”.
“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.
“Mən İsrail və Hizbullah arasında Mavi Xətt demarkasiyası boyunca gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etməyə məcburam. Yaxın Şərqdə münaqişənin genişlənməsi riski realdır və bunun qarşısını almaq lazımdır. Region və bütün dünya xalqları Livanın başqa bir Qəzzaya çevrilməsinə icazə verə bilməz”, - deyə o, vurğulayıb.
Eyni zamanda, Quterreş BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin komandanlığının ölkənin cənubunda münaqişənin genişlənməsinin qarşısını almaq üçün cəhdlər etdiyini təsdiqləyib.
Son xəbərlər
06:45
MKİ İsrailin Trampa qarşı təhlükə barədə məlumatlarına şübhə ilə yanaşıb
Digər ölkələr06:18
Foto
Bakıda mağazada başlayan yanğın evlərə keçib
Hadisə06:08
Cənubi Afrikada turistlər üçün yeni elektron giriş sistemi tətbiq ediləcək
Digər ölkələr05:29
Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Sağlamlıq05:01
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
Digər ölkələr04:51
ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Digər ölkələr04:25
Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13