BMT-nin Baş katibi Ukraynadakı tərəflərə çağırış edib

Digər ölkələr
  • 18 aprel, 2022
  • 20:40
BMT-nin Baş katibi Ukraynadakı tərəflərə çağırış edib
Antoniu Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynadakı tərəflərə çağırış edib.

“Report” xəbər verir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“BMT-nin baş katibi bütün tərəflərə xatırladır ki, onlar mülki əhali arasında itkilərin və yaşayış məntəqələrinin, mülki infrastrukturun zədələnməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidirlər”, - Düjarrik bildirib.