​BMT-nin Afrika missiyasının rəhbəri gurultulu qalmaqaldan sonra istefa verib

Digər ölkələr
  • 12 avqust, 2015
  • 20:33
​BMT-nin Afrika missiyasının rəhbəri gurultulu qalmaqaldan sonra istefa verib

Bakı. 13 Avqust. REPORT.AZ/ BMT-nin Mərkəzi Afrika Respublikasında stabilləşdirmə üzrə çoxprofilli kompleks missiyasının rəhbəri Babakar Qaye sülhməramlıların zorlama və iki dinc sakini qətlə yetirməkdə ittiham olunmalarından sonra istefa verib.

"Report" xəbər verir ki, beynəlxalq təşkilat rəhbərinin sözlərinə görə, Qaye onun xahişi ilə istefa verib.

"Bu gün xüsusi nümayəndəm Babakara Qayenin istefasını qəbul etdim", — deyə Pan Gi Mun bildirib.

44 filmi