BMT: Əfqanıstanda seçkilər dövründə 50-dən çox sakin öldürülüb

Digər ölkələr
  • 06 noyabr, 2018
  • 10:11
BMT: Əfqanıstanda seçkilər dövründə 50-dən çox sakin öldürülüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Əfqanıstanda seçkilər dövründəki silahlı toqquşmalar nəticəsində 56 nəfər həlak olub, 379 nəfər  yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Dəstək Missiyasının (UNAMA) bu gün dərc edilən hesabatında bildirilib.

Oktaybrın 20-də ölkənin 32 əyalətinin (Qəzni və Qəndəhar istisna olmaqla) parlamentin aşağı palatasına seçkilərdə iştirak edib. Ayın 21-də 22 əyalətdəki 253 seçki məntəqəsində səsvermə davam etdirilib. Seçki dövründə təkcə paytaxt Kabildə seçki məntəqələrinin yaxınlığında azı üç partlayış, ölkə boyu isə 192 silahlı hadisə, o cümlədən partlayış və terror hücumları qeydə alınıb.

“Bu, Əfqanıstanın dinc əhalisinə əvvəlki dörd seçki ilə müqayisədə yetirilən ən böyük zərərdir”, – sənədə deyilir.

Bildirilir ki, oktyabrın 20-də və sonrakı günlər ərzində ölkə ərazisində 56 nəfər həlak olub, 379 nəfər xəsarət alıb. Bilavasitə seçki günü - oktyabrın 20-də isə 52 nəfər həlak olub, 332 nəfər yaralanıb. Hadisə yerlərində təsadüf edilən 100-dən çox uşaq və 50 qadından 23 uşaq və 2 qadın həlak olub.