BMT: Quterreşin Olimpiya Oyunlarında iştirakında əsas məqsəd sülh çağırışıdır

Digər ölkələr
  • 02 fevral, 2022
  • 20:02
BMT: Quterreşin Olimpiya Oyunlarında iştirakında əsas məqsəd sülh çağırışıdır

BMT Baş katibi Antoniu Quterreş Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Çinin paytaxtı Pekində yola düşüb və onun bir çox ölkə liderləri ilə görüşü gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında deyib.

F.Haq bir çox narazılıqlara baxmayaraq, Baş katibin Qış Olimpiya Oyunlarında iştirakının sülh çağırışı olduğunu deyib.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək. ABŞ, İngiltərə və Avstraliya Çinin insan haqlarını pozduğuna görə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot edəcəklərini açıqlayıb.

44 - Tezliklə