BMT-nin baş katibi Venesuela Prezidenti ilə telefonla danışıb
Digər ölkələr
- 17 dekabr, 2025
- 23:57
BMT-nin baş katibi Antoniu Quterreş Venesuela Prezidenti Nikolas Maduro ilə telefonla danışıb.
"Report"un xəbərinə görə, bu barədə baş katibin Ofisi məlumat yayıb.
Qeyd olunur ki, onlar danışıq zamanı regionda artan gərginliyi müzakirə ediblər.
"Danışıq zamanı baş katib üzv dövlətlərin beynəlxalq hüquqa, xüsusən BMT Nizamnaməsinə riayət etmələrinin, təmkinli olmalarının və regional sabitliyi qorumaq üçün gərginliyi azaltmalarının vacibliyi barədə beynəlxalq təşkilatın mövqeyini bir daha təkrarlayıb", - bəyanatda deyilir.
Daha əvvəl BMT rəhbərinin rəsmi nümayəndəsi Fərhan Haq jurnalistlərə bildirib ki, Quterreş təmkinli olmağa və ABŞ ilə Venesuela arasında gərginliyin dərhal azaldılmasına çağırıb.
Son xəbərlər
23:14
Abşeronda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Hadisə23:09
Hakan Fidan sabah Misirə səfər edəcək
Region22:52
Macarıstan AES-in işini dəstəkləmək üçün Dunay çayında daş qurğu tikəcək
Digər ölkələr22:34
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
Futbol22:33
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
Region22:14
Əkrəm İmamoğlu CHP-dən istefa verib
Region22:05
Prezidentin səfəri Naxçıvanın ölkə inkişafında mühüm yer tutacağına işarədir - RƏY
Daxili siyasət21:56
Video
Bakıda sərnişin avtobusunda yanğın baş verib
Hadisə21:53