Quterreş HƏMAS-ın hərəkətlərinə haqq qazandırmaqla bağlı ittihamları rədd edib

Digər ölkələr
  • 25 oktyabr, 2023
  • 16:49
Quterreş HƏMAS-ın hərəkətlərinə haqq qazandırmaqla bağlı ittihamları rədd edib

BMT Baş katibi Antoniu Quterreş Fələstinin HƏMAS hərəkatının hərəkətlərinə haqq qazandırdığına dair ittihamları qətiyyətlə rədd edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Dünən Təhlükəsizlik Şurasında verdiyim bəzi bəyanatların yanlış şərh edilməsi məni şoka saldı. Guya ki, HƏMAS-ın İsraildəki terror aktlarına bəraət qazandırmışam. Bu, belə deyil. Bu, mənim mövqeyimin əksinədir”, - o jurnalistlərə deyib.

Xatırladaq ki, daha əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT baş katibini vəzifəsindən istefa verməyə çağırmışdı.

44 - Tezliklə