BMT baş katibi ABŞ və İran arasında diplomatik səylərə təhlükə barədə xəbərdarlıq edib
Digər ölkələr
- 09 iyul, 2026
- 00:35
BMT-nin baş katibi Antoniu Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatlığını bildirərək, sonrakı eskalasiyanın İranla ABŞ arasında diplomatik irəliləyişi poza biləcəyi barədə xəbərdarlıq edib.
"Report"un BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin açıqlamasına istinadən verdiyi məlumata görə, Quterreş tammiqyaslı hərbi əməliyyatlara qayıtmağın region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Baş katib bütün tərəfləri maksimum təmkinlilik göstərməyə, gələcək eskalasiyadan çəkinməyə, danışıqları mümkün qədər tez bərpa etməyə və mövcud fikir ayrılıqlarının diplomatik yolla həllinə çağırıb.
Son xəbərlər
05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb
Digər ölkələr05:05
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Daxili siyasət04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir
Digər ölkələr04:29
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr04:01
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
Digər ölkələr03:36
SEPAH: Xameneinin dəfn olunduğu Məşhəddə terror aktı törədilib
Region03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38