BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri prioritetləri açıqlayıb

Digər ölkələr
  • 06 iyun, 2018
  • 05:42
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri prioritetləri açıqlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Ekvadorun xarici işlər naziri Mariya Fernanda Espinosa Qarses BMT Baş Assambleyasının növbəti - 73-cü sessiyasının sədri seçilib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, BMT tarixində bu vəzifədə olmuş dördüncü qadındır.

BMT-nin Baş Assambleyasının yeni sədri prioritetlər barədə danışarkən davamlı inkişafın məqsədlərinə nail olmağı vəd edib. Xanım sədr baş katibin təşkilatda islahatlar aparmaq üzrə səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.