BMT Baş Assambleyası terrorçuluğa qarşı qətnamə qəbul edib
Digər ölkələr
- 02 aprel, 2019
- 17:12
BMT-nin Baş Assambleyası dini zəmində terrorçuluğa və başqa zorakılıq növlərinə qarşı mübarizəyə dair qətnamə layihəsini yekdilliklə qəbul edib.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, martın 15-də Yeni Zelandiyada törədilən terror hücumundan sonra Türkiyənin təşəbbüsü ilə təqdim edilən sənədin müəllifləri sırasına 30-dən artıq ölkə qoşulub.
Baş Assambleyanın irqçiliyin, əcnəbi düşmənçiliyin, dözümsüzlüyün aradan qaldırılmasına həsr olunan sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən təqdim olunan qətnamə layihəsində Yeni Zelandiyada məsciddə törədilən terror hadisəsi qətiyyətlə pislənir, irqçiliyə və əcnəbi düşmənçiliyə qarşı mübarizədə bütün dövlətlər qarşılıqlı əməkdaşlığa dəvət olunur.
Son xəbərlər
04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Digər ölkələr02:37
Barro: Fransa İranın iki diplomatını ölkədən çıxarır
Digər ölkələr02:03
CNN: Tramp İranla danışıqların dayandırılmasını əmr edib
Digər ölkələr01:36
"Apple" AK-nın şərhlərindən sonra "App Store"un qaydalarına dəyişiklik edir
İKT01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr00:49