“Bloomberg”: Zelenski Trampla ABŞ-dəki Ukrayna səfirinin dəyişdirilməsini müzakirə edib
Digər ölkələr
- 07 iyul, 2025
- 14:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsi məsələsini də müzakirə ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin mənbəsinin məlumatına görə, Kiyevin ABŞ-dəki nümayəndəsi vəzifəsinə mümkün namizədlər arasında Baş nazir Denis Şmıqal, Baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rüstəm Umerov və energetika naziri German Qaluşenko nəzərdən keçirilir.
Bildirilib ki, V.Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfirin təyin olunması məsələsini ABŞ tərəfi ilə müzakirə edilməsini tapşırıb.
Agentlik bu addımın səbəblərini açıqlamır.
Son xəbərlər
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region