"Bloomberg": BVF rəhbəri Ukraynaya səfər edəcək

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 05:02
Bloomberg: BVF rəhbəri Ukraynaya səfər edəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Kiyevin yeni kredit paketi əldə etmək ambisiyalarını dəstəkləmək üçün Ukraynaya səfər etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

KİV-in məlumatına görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

"Bizim əməkdaşlarımız BVF-nin gələcək dəstəyini təmin etmək məqsədilə sabitliyin qorunmasına, əsas xərclərin maliyyələşdirilməsinə və borcun dayanıqlılığının bərpasına yönəlmiş makroiqtisadi siyasətlər üzrə Ukrayna hakimiyyət orqanları ilə fəal şəkildə əlaqə saxlamağa davam edir", - adının açıqlanmasını istəməyən BVF rəsmisi "Bloomberg"ə bildirib.

Maliyyəsini saxlamaq üçün böyük ölçüdə beynəlxalq yardımdan asılı olan Ukrayna hökuməti 2023-cü ildə elan edilmiş əvvəlki 15,6 milyard dollarlıq proqram çərçivəsində maliyyənin əksəriyyətini aldıqdan sonra BVF-dən ikinci yardım paketi almaq niyyətindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti