Bill Klinton Epşteynin adasında 28 dəfə olub
- 15 noyabr, 2025
- 08:42
Amerika lideri Donald Tramp iddia edib ki, ölkənin 42-ci prezidenti Bill Klintondan fərqli olaraq, o, pedofiliyaya görə məhkum edilmiş və sonra intihar edən maliyyəçi Ceffri Epşteynə məxsus adaya heç vaxt getməyib.
"Report" xəbər verir ki, bunu Tramp Floridaya gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən heç vaxt onun adasına getməmişəm. Bill Klinton oraya, təxminən, 28 dəfə baş çəkib", - deyə o qeyd edib.
Amerika lideri əmindir ki, demokratlar diqqəti öz uğursuzluqlarından və Tramp administrasiyasının uğurlarından yayındırmaq üçün Epşteyn işini qəsdən təbliğ edirlər:
"Bu, demokratların fırıldaqıdır ki, onlar bundan diqqəti bağlanma və prezident seçkilərindəki məğlubiyyətlərindən yayındırmaq üçün istifadə etməyə ümid edirlər. Əgər mənə qarşı bir şeyləri olsaydı, seçkidən əvvəl bundan məmnuniyyətlə istifadə edərdilər", - Ağ Ev rəhbəri vurğulayıb.