Börnhem Böyük Britaniyanın 10 illik inkişaf planının hazırlanacağını deyib

Digər ölkələr
  • 20 iyul, 2026
  • 17:13
Börnhem Böyük Britaniyanın 10 illik inkişaf planının hazırlanacağını deyib

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem bu il ölkənin onillik inkişaf planını təqdim etmək niyyətindədir.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayan Börnhem bildirib.

Onun sözlərinə görə, artıq sabahdan etibarən hökumət əhalinin yaşayış xərclərinin azaldılması üzrə tədbirləri elan etməyə başlayacaq, həmçinin onların maliyyələşmə mənbələri barədə məlumat təqdim edəcək.

"Mən insanlara nəfəs dərmək və yaşayış xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün bəzi işlər görə bilərəm. Sabahdan etibarən biz bu tədbirlərin bəzilərini, o cümlədən onları necə maliyyələşdirəcəyimiz barədə məlumatı təqdim edəcəyik", - Baş nazir deyib.

44 - Tezliklə