Berluskoni Putinin ad günündə iştirak etmək üçün Rusiyaya gedib

Digər ölkələr
  • 06 oktyabr, 2018
  • 14:55
Berluskoni Putinin ad günündə iştirak etmək üçün Rusiyaya gedib

Bakı. 6 oktyabr. REPORT.AZ/ İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinin ad günü mərasimində iştirak etmək üçün Moskvaya gedib.

“Report” xəbər verir ki, o bu barədə "Facebook" sosial şəbəkəsində yazıb və təyyarədə şəklini paylaşıb.

"Təyyarə ilə dostum Vladimir Putinin ad gününə gedirəm. Fürsətdən istifadə edərək bütün mühüm beynəlxalq problemləri müzakirə edəcəyəm", — deyə Berluskoni yazıb.

Bazar günü, oktyabrın 7-də Putinin 66 yaşı tamam olacaq.