Berlində miqrantlara dəstək aksiyasına 300 nəfər qoşulub

Digər ölkələr
  • 24 sentyabr, 2015
  • 18:19
Berlində miqrantlara dəstək aksiyasına 300 nəfər qoşulub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində ötən axşam ölkə rəhbərliyinin qaçqın və miqrant siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, nümayişdə 300-ə yaxın insan iştirak edib.

Avropada ksenofobiya hallarının artdığından narahat olduqlarını dilə gətirən aksiya iştirakçıları "Faşizmi dayandırın", "İnsanlar qanunsuz ola bilməz", “Daxili İşlər Nazirliyi yalan danışır” kimi şüarlar səsləndiriblər.