Bəqai: İranın nüvə proqramının ABŞ tərəfindən məhv edilməsi xəbəri həqiqətə uyğun deyil
- 15 aprel, 2026
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın nüvə proqramının ABŞ silahlı qüvvələri tərəfindən məhv edilməsi barədə məlumat həqiqətə uyğun deyil.
"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib.
O vurğulayıb ki, Tehran ABŞ-nin İranın nüvə proqramının yaratdığı təhlükə ilə bağlı bütün bəyanatlarını ölkəyə təzyiq göstərmək üçün bəhanə kimi qiymətləndirir.
XİN rəsmisi vurğulayıb ki, İran öz nüvə proqramından imtina etmək niyyətində deyil.
"İranın nüvə hüquqları yenidən nəzərdən keçirilə bilməz və güzəşt mövzusu deyil, yayılan fərziyyələr (onun təhlükəsi haqqında - red.) əsassızdır", - Bəqai qeyd edib.
Onun sözlərinə görə, Tehranın nüvə enerjisindən istifadə hüququ nüvə silahının yayılmaması haqqında müqavilə ilə təsbit olunub və məhdudlaşdırıla bilməz.
XİN nümayəndəsi bəyan edib ki, İranın nüvə proqramı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən "dəfələrlə yoxlanılıb", buna görə də İranın bir neçə həftə və ya ay ərzində nüvə silahı yaratmağa texnoloji cəhətdən hazır olması iddiası da həqiqətə uyğun deyil.