Belçika polisi Brüsseldə Avropa Komissiyasının ofislərində axtarışlar aparıb

Digər ölkələr
  • 12 fevral, 2026
  • 17:58
Belçika polisi Brüsseldə Avropa Komissiyasının ofislərində axtarışlar aparıb

Belçika polisi 2024-cü ildə daşınmaz əmlak obyektlərinin dövlətə satışı ilə bağlı araşdırma çərçivəsində Brüsseldə Avropa Komissiyasının bir neçə ofisində axtarışlar aparıb.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi mənbələrə istinadən məlumat yayıb.

Axtarışlar Avropa İttifaqı hakimiyyətinə məxsus daşınmaz əmlakın satışı zamanı yol verilmiş pozuntularla bağlı iş üzrə araşdırma ilə əlaqədardır.

2024-cü ildə Aİ hakimiyyətinə məxsus 23 binanın Belçikanın suveren fondu olan SFPIM-ə 900 milyon avroya satışı ilə bağlı yoxlama Araşdırma Avropa Prokurorluq Xidməti (EPPO) tərəfindən aparılır.

"EPPO davam edən araşdırma çərçivəsində sübut toplama tədbirləri keçirdiyini təsdiqləyir", - qurumun mətbuat xidmətindən bildiriblər.

Avropa Komissiyasında axtarışlar və araşdırma ilə bağlı xəbərlərə hələlik münasibət bildirməyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti