Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı iştirakını ilin sonuna qədər uzadıb
Digər ölkələr
- 17 iyun, 2017
- 07:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 iyun. REPORT.AZ/ Belçika hökuməti İraq və Suriyada ABŞ-ın himayəsi altında terrorizmə qarşı koalisiyada hərbi hava qüvvələrinin iştirakının müddətinin iyulun 1-dən dekabrın 31-dək uzadılmasına qərar verib.
"Report" "Belga"ya istinadən xəbər verir ki, bununla yanaşı, İŞİD terrorçularına qarşı əməliyyatlarda iştirak edən qırıcı-bombardmançı təyyarələrin sayı altıdan dördədək azaldılacaq.
Hazırda təyyarələr İordaniyadakı bazadadır.
Qeyd edək ki, Belçika HHQ antiterror koalisiyasına 2016-cı ilin iyul ayında qoşulub. Koalisiyada iştirak müddətinin uzadılması dövlət büdcəsinə 17 milyon avroya başa gələcək.
Son xəbərlər
10:51
İlhamə Qədimova: "Rəqəmsal həllər fermerlərə üç kanal vasitəsilə təqdim olunur"
ASK
10:51
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Digər
10:48
"Uğur" yatağında filiz hasilatı bərpa edilib
Sənaye
10:47
"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
10:47
"Qarabağ" - "Neftçi" oyununu Kamal Umudlu idarə edəcək
Futbol
10:45
Foto
Video
Dərnəgül tikinti bazarının "Abşeron" Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər
Sənaye
10:45
Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb
ASK
10:40
Nazir müavini: "Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir"
ASK
10:38
İlhamə Qədimova: "8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir"
ASK